18Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən,
19Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı,
20Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür.
21Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür.
22Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var.
23Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur.
24İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur.
25Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir.
26Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir.
27Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər.
28Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.
29Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki,
30Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın.
31Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm?
32Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
33Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə.
34Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək: