Text copied!
Bibles in South Azerbaijani

Əyyub 34:18-34 in South Azerbaijani

Help us?

Əyyub 34:18-34 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən,
19 Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı,
20 Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür.
21 Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür.
22 Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var.
23 Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur.
24 İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur.
25 Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir.
26 Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir.
27 Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər.
28 Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.
29 Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki,
30 Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın.
31 Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm?
32 Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
33 Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə.
34 Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək:
Əyyub 34 in Azərbaycan dilində Müqəddəs Kitab