Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 26

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin!
3Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin!
4Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır?
5Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir.
6Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur.
7Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır.
8Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır.
9Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir.
10Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür.
11O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır.
12Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur.
13Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır.
14Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»