Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 17

Help us?
Click on verse(s) to share them!
1Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir.
2Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür.
3Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun?
4Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan.
5Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.
6Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər.
7Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı.
8Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır.
9Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir.
10Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram.
11Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü.
12Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir.
13Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm,
14Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm,
15Ümidim hara gedər? Mənim ümidimi kim görər?
16Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?»