Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 11

Help us?
Click on verse(s) to share them!
1Naamatlı Sofar belə cavab verdi:
2«Bu qədər söz cavabsız qalsınmı? Çox danışan haqlı sayılsınmı?
3İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu? Sən rişxənd edəndə səni saxlamasınlar?
4Allaha deyirsən: “İmanda safam, Gözün görür ki, pakam”.
5Kaş ki Allah danışaydı, Sənə qarşı ağzını açaydı.
6Səni hikmətin sirlərindən agah etsəydi, Hikmətin çox şaxələri üzə çıxardı. Bil ki, Allah günahlarının neçəsindən keçib.
7Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?
8Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?
9Meyarı aləmdən uzundur, Dənizlərdən genişdir.
10Əgər gəlib səni zindana salarsa, məhkum edərsə, Kim Onun qarşısını ala bilər?
11O, yalançıları tanıyır, Pisliyi görəndə onu dərk edir.
12Vəhşi eşşək insan olaraq doğulanda Axmaq da ağla gələr.
13Əgər ürəyini təqdis etsən, Əllərini Ona tərəf uzatsan,
14Günahın varsa, ondan əl çək, Qoyma pislik çadırında sakin olsun.
15Onda başını utanmadan dik tutarsan, Sağ-salamat, qorxusuz yaşayarsan.
16Sən dar gününü unudub Onu axıb-qurtaran bir su kimi yad edərsən.
17Həyatın gündüzün günəşindən də parlaq olar, Qaranlığın səhər kimi işıqlanar.
18Çünki ümidin var, sən arxayınsan, Mühafizə olunaraq rahat yatarsan.

19Yatanda belə, səni qorxudan olmaz, Sənin lütfünü çoxları arzular.
20Amma pis adamların gözlərinin nuru sönəcək, Onların pənah yeri olmayacaq, Yeganə ümidləri son nəfəslərini vermək olacaq».