Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 32

Help us?
Click on verse(s) to share them!
1Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi.
2Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı.
3Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar.
4Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi.
5Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.
6Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız. Ona görə çəkindim, Bildiyimi sizə söyləməyə qorxdum.
7Dedim “qoy danışsın çox uzun ömür sürənlər, Qoy hikmət öyrətsin çox illərin şahidləri”.
8Həqiqətən, insanda olan ruh, Külli-İxtiyarın nəfəsi insana ağıl verir.
9Hikmət yaşda olmaz, Ədaləti dərk etmək yaşa baxmaz.
10Ona görə deyirəm ki, məni dinləyin, Qoy mən də bildiyimi söyləyim.
11Siz danışarkən mən gözlədim, Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.
12Bütün diqqətimi sizə tərəf çevirdim, Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz, Onun dediklərinə cavab vermədiniz.
13Əsla deməyin ki, hikmət tapmışıq, Haqsızlığını insan yox, Allah ona sübut etsin.
14Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm, Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.
15Onlar məəttəl qaldılar. Artıq cavab tapmadılar. Deməyə sözləri qalmadı.
16Onlar danışmırlar, dayanıblar, Cavab vermirlər deyə Mən gözləməliyəmmi?
17Amma deməyə sözüm var, Mən də bildiyimi söyləyim.
18Çünki sinəm sözlə doludur, Köksümdəki ruh məni sıxır,

19Az qalır açılmamış şərab kimi, Təzə tuluqlar kimi bağrım çatlasın.
20Qoy danışım, rahatca nəfəs alaram, Dil açıb cavab verim.
21Heç kimin tərəfini saxlamayacağam, Heç kimə yaltaqlıq etməyəcəyəm.
22Çünki yaltaqlıq nədir bilmərəm, Yoxsa Yaradanım məni yox edər.