Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 4

Help us?
Click on verse(s) to share them!
1Temanlı Elifaz belə cavab verdi:
2«Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər?
3Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin.
4Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin.
5İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin.
6Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi?
7Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən?
8Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər.
9Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar.
10Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı.
11Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar.
12Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi,
13Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda
14Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı.
15Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi.
16Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim:
17“İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı?
18Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür.

19Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi?
20Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur.
21Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”.