Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 13

Help us?
Click on verse(s) to share them!
1Bax gözlərim hər şeyi gördü, Qulaqlarım bunu eşidib dərk etdi.
2Sizin bildiyinizi mən də anlayıram, Sizdən geri qalmıram.
3Amma istəyirəm Külli-İxtiyarla danışım, Allahla mübarizə aparım.
4Sizlərsə yalandan mala çəkirsiniz, Hamınız dəyərsiz həkimlərsiniz.
5Kaş hamınız səsinizi kəsəydiniz, Onda hikmətli görünərdiniz.
6İndi necə bəhsə girdiyimi eşidin, Dilimin iddiasını yaxşı dinləyin.
7Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz? Onun adına yalanmı söyləyəcəksiniz?
8Sizmi Onun tərəfini tutacaqsınız? Sizmi Onun müdafiəsinə qalxacaqsınız?
9O sizi istintaq edərsə, yaxşı olarmı? İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?
10Əgər Onun tərəfini gizli tutsanız, Şübhəsiz ki, sizi də məzəmmət edər.
11Onun əzəməti sizi vahimələndirməzmi? Xofu üstünüzə düşməzmi?
12Fikrinizdəki sözlər, məsəllər külə dəyməz, Müdafiəniz lilə dəyməz.
13Susun, qoyun danışım, Qoy başıma gələn gəlsin.
14Həyatım təhlükəyə düşürsə-düşsün. Canım bəlaya düşürsə-düşsün.
15Məni öldürsə də, Ona etibar edəcəyəm, Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.
16Əslində bu məni qurtaracaq, Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.
17Diqqətlə sözlərimə qulaq asın, Qoy elan etdiklərim qulaqlarınızda qalsın.
18Baxın mühakiməyə hazırlaşmışam, Haqlı çıxacağımı bilirəm.

19Kim məni ittiham edəcək? Eləsi varsa, son nəfəsimi verib susaram.
20Ey Allah, mənim üçün bu iki şeyi et ki, Səndən gizlənməyim:
21Əlini üzərimdən götür, Məni dəhşətinlə qorxutma.
22Sonra da məni səslə, qoy Sənə cavab verim, Yaxud da qoy mən danışım, Sən cavab söylə.
23Təqsirlərim, günahlarım nə qədərdir? Mənə üsyankarlığımı və günahlarımı bildir.
24Niyə üzünü gizlədirsən, Məni düşmən hesab edirsən?
25Məgər yelin qopardığı yarpağı qorxudacaqsan? Məgər quru saman çöpünü qovacaqsan?
26Çünki əleyhimə acı şeylər yazırsan, Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.
27Ayaqlarımı buxovlayırsan, Bütün yollarıma göz qoyursan, Hər addımımı yoxlayırsan.
28Ona görə çürük şey tək məhv oluram. Güvə yemiş paltar kimiyəm.