1Elihu sözünü belə davam etdirdi:
2«Allah önündə haqlı olduğunu deyirsən. Bunun doğru olduğunumu düşünürsən?
3Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm, Bundan xeyrim, qazancım nə ola bilər?”
4Həm sənə, həm də dostlarına Belə cavab verəcəyəm.
5Bir bax səmaya, Nəzər sal başının üstündəki buludlara.
6Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?
7Sənin salehliyin Ona nə verir? Yaxud da O, əlindən nəyi alıb götürür?
8Pisliyin özün kimisinə ziyan vurur, Salehliyin isə bəşər oğlu üçündür.
9İnsanlar ağır təzyiq altında fəryad edir, Güclülərə qarşı yardım istəyir.
10Amma deyən yoxdur: “Hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah?
11O bizi yer üzünün heyvanlarından çox öyrədib, Bizə göydəki quşlardan daha çox hikmət verib”.
12Orada pislərin qüruru üzündən İnsanlar fəryad edir, Amma Allah cavab vermir.
13Əslində Allah boş fəryadı dinləmir, Külli-İxtiyar buna əhəmiyyət vermir.
14Sən onu görmədiyini söylədiyin anda belə, Mübahisən önündədir, Onu gözlə.
15İndi qəzəblənib cəzalandırmırsa, Təqsirin çoxluğuna baxmır.
16Ona görə Əyyub boş yerə ağzını yorur, Avam-avam danışdıqca danışır».