Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 25

Help us?
Click on verse(s) to share them!
1Şuahlı Bildad belə cavab verdi:
2«Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur.
3Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz?
4Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?
5Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə,
6Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər».