Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 12

Yəhya 12:34-46

Help us?
Click on verse(s) to share them!
34Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?»
35Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
36Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.
37Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.
38Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?»
39Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40«Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».
41Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
42Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.
43Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir.
45Məni görən də Məni Göndərəni görür.
46Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.

Read Yəhya 12Yəhya 12
Compare Yəhya 12:34-46Yəhya 12:34-46