Text copied!
Bibles in South Azerbaijani

Yəhya 12:34-46 in South Azerbaijani

Help us?

Yəhya 12:34-46 in Azərbaycan dilində Müqəddəs Kitab

34 Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?»
35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.
37 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.
38 Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?»
39 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40 «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».
41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
42 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.
43 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir.
45 Məni görən də Məni Göndərəni görür.
46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.
Yəhya 12 in Azərbaycan dilində Müqəddəs Kitab