Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 109

Zəbur 109:8-16

Help us?
Click on verse(s) to share them!
8Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun!
9Övladları yetim, Arvadı isə dul qalsın!
10Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın!
11Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin!
14Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın!
15Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.

Read Zəbur 109Zəbur 109
Compare Zəbur 109:8-16Zəbur 109:8-16