Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 29

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin!
2Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
3Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir.
4Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,
5Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar.
6Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar.
7Rəbbin səsi şimşəkləri çaxdırar,
8Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar.
9Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!»
10Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.
11Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir.