Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 113

Help us?
Click on verse(s) to share them!
1Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin!
2İndidən sonsuzadək Rəbbin isminə alqış olsun!
3Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir!
4Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir!
5Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan,
6Göyə, yerə əyilərək baxan Odur.
7O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar.
8Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
9Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin!