Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 1

Help us?
Click on verse(s) to share them!
1Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
3Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.
4Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz.
6Çünki Rəbb salehlərin yolunu bilər, Pislərin yolu isə məhv olar.