8 Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun!
9 Övladları yetim, Arvadı isə dul qalsın!
10 Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın!
11 Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12 Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13 Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin!
14 Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın!
15 Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16 Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.