1Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir.
2Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
3Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı.
4O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»
5Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir.
6Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.
7Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi.
8Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.
9İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam.
10«Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.
11Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır».
12Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?
13Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.
14Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm.
15Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır.
16Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan.
17Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.
18Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm
19Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin!