1Ziyarət nəğməsi. Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.
2Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
3Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.
4Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!
5Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!