1İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu.
3Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi.
4Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı.
5Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin?
6Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız?
7Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.