1Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
2Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür.
3Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır.
4Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir,
5Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır.
6Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi.
7Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır.
8Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır.
9Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir.
10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun!