1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
2Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?
3Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
4Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər.
5Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq.
6Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi.