Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 82

Help us?
Click on verse(s) to share them!
1Asəfin məzmuru. Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir:
2«Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? Sela
3Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.
4Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin.
5Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
6Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”.
7Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
8Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!