Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 121

Help us?
Click on verse(s) to share them!
1Ziyarət nəğməsi. Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?
2Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
3O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz.
4Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.
5Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.
6Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
7Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
8Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.