Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 70

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru. Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat!
2Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
3«Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar.
4Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.
5Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!