1Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,
2Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,
3Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar,
4Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı,
5Azğın sular üstümüzü basardı.
6Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi.
7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu.
8Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.