1Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!
2Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq.
3Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar.
4Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
5Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır.
6Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq.
7Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar.
10Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar.