Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 11

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?
2Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.
3Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?
4Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.
5Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.
6Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq.
7Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.