Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 6

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.
2Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.
3Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
4Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
5Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək?
6Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
7Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
8Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
9O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!
10Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.