1Levinin oğulları: Gerşon, Qohat və Merari.
2Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.
3Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
4Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi.
5Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi.
6Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi.
7Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi.
8Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi.
9Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi.
10Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi.
11Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi.
12Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi.
13Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi.
14Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi.
15Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.
16Levinin oğulları: Gerşon, Qohat və Merari.
17Gerşonun oğullarının adları belədir: Livni və Şimey.
18Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.
19Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır.
20Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma,
21onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray.
22Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir,
23onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir,
24onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul.
25Elqananın oğulları: Amasay, Aximot və Elqana.
26Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat,
27onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana.
28Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya.
29Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza,
30onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.
31Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır.
32Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar.
33Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu
34Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu
35Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu
36Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu
37Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu
38İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu.
39Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu
40Mikael oğlu Baaseya oğlu Malkiya oğlu
41Etni oğlu Zerah oğlu Adaya oğlu
42Etan oğlu Zimma oğlu Şimey oğlu
43Yaxat oğlu Gerşon oğlu Levi oğlu.
44Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu
45Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu
46Amsi oğlu Bani oğlu Şemer oğlu
47Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu.
48Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.
49Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər.
50Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua,
51onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya,
52onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv,
53onun oğlu Sadoq, onun oğlu Aximaas.
54Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara
55Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər.
56Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər.
57Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları,
58Xilenlə otlaqları, Devirlə otlaqları,
59Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları,
60Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.
61Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi.
62Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi.
63Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi.
64İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər.
65Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.
66Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər.
67Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları,
68Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları,
69Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları.
70Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.
71Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları,
72İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları,
73Ramotla otlaqları, Anemlə otlaqları,
74Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları,
75Xuqoqla otlaqları, Rexovla otlaqları,
76Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.
77Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları,
78Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları,
79Qedemotla otlaqları, Mefaatla otlaqları,
80Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları,
81Xeşbonla otlaqları, Yazerlə otlaqları.