1Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah,
2dördüncüsü Noxa, beşincisi Rafa.
3Belanın oğulları bunlardır: Addar, Gera, Avihud,
4Avişua, Naaman, Axoah,
5Gera, Şefufan və Xuram.
6Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır:
7Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi.
8Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu,
9arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam,
10Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi.
11Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu.
12Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi.
13Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu.
14Berianın oğulları: Axyo, Şaşaq, Yeremot,
15Zevadya, Arad, Eder,
16Mikael, İşpa və Yoxa.
17Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever,
18İşmeray, İzlia və Yovav.
19Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi,
20Elienay, Silletay, Eliel,
21Adaya, Beraya və Şimrat.
22Şaşaqın oğulları: İşpan, Ever, Eliel,
23Avdon, Zikri, Xanan,
24Xananya, Elam, Antotiya,
25İfdeya və Penuel.
26Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya,
27Yaareşya, İlyas və Zikri.
28Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar.
29Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi.
30İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav,
31Qedor, Axyo, Zeker,
32Şimanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı.
33Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi.
34Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi.
35Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz.
36Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi.
37Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel.
38Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.
39Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet.
40Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir.