Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 7

Help us?
Click on verse(s) to share them!
1İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər.
2Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi.
3Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi.
4Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi.
5İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi.
6Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər.
7Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi.
8Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi.
9Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi.
10Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar.
11Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi.
12İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.
13Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi.
14Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir.
15Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi.
16Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi.
17Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır.
18Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu.

19Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.
20Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat,
21onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər.
22Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi.
23Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi.
24Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi.
25Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan,
26onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama,
27onun oğlu Nun, onun oğlu Yeşua.
28Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri,
29həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı.
30Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah.
31Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel.
32Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua.
33Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat.
34Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram.
35Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal.
36Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra,

37Beser, Hod, Şamma, Şilşa, İtran və Beera.
38Yeterin oğulları: Yefunne, Pispa və Ara.
39Ullanın oğulları: Arah, Xanniel və Risya.
40Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.