1Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur:
2Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər.
3Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi.
4Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot.
5Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi.
6Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi.
7Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi.
8Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.
9Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi.
10Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi.
11Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi.
12Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi.
13Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi.
14Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi.
15Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi.
16Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi.
17Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi.
18On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi.
19On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi.
20On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi.
21On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi.
22On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi.
23On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi.
24On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi.
25On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi.
26On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi.
27İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi.
28İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi.
29İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi.
30İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi.
31İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi.