Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 14

Help us?
Click on verse(s) to share them!
1Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi.
2Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.
3Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu.
4Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,
5İvxar, Elişua, Elpelet,
6Noqah, Nefeq, Yafia,
7Elişama, Beelyada və Elifelet.
8Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı.
9Filiştlilər gəlib Refaim vadisini talayırdılar.
10Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».
11Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.
12Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı.
13Filiştlilər yenə o vadini taladılar.
14Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.
15Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».
16Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar.
17Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.