1Beləcə bütün İsraillilər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır. Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu.
2İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraillilərdən bəzi adamlar, kahinlər, Levililər və məbəd qulluqçuları idi.
3Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı.
4Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay.
5Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları.
6Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi.
7Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu,
8Yeroxam oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam.
9Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi.
10Kahinlərdən: Yedaya, Yehoyariv, Yakin,
11Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya,
12Malkiya oğlu Paşxur oğlu Yeroxam oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay.
13Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi.
14Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya,
15Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya,
16Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.
17Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi.
18Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır.
19Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astana keşikçilərinin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcək yerinin keşiyini çəkirdi.
20Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi.
21Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi.
22Astana keşikçisi olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi.
23Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi.
24Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu.
25Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi.
26Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi.
27Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi.
28Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar.
29Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu.
30Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı.
31Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi.
32Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı.
33Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi.
34Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.
35Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi.
36İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav,
37Qedor, Axyo, Zəkəriyyə və Miqlot.
38Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar.
39Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi.
40Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi.
41Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz.
42Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi.
43Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel.
44Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.