Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 4

Help us?
Click on verse(s) to share them!
1Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval.
2Şovalın oğlu Reayadan Yaxat törədi; Yaxatdan Axumay və Lahad törədi. Bunlar Soralıların nəsilləri idi.
3Etamın oğulları bunlardır: İzreel, İşma və İdbaş. Onların bacısının adı Haslelponidir.
4Penueldən Qedor, Ezerdən isə Xuşa törədi. Bunlar Bet-Lexemin atası Efratanın ilk oğlu Xurun övladlarıdır.
5Teqoanın atası Aşxurun iki arvadı var idi: Xela və Naara.
6Naara ona bunları doğdu: Axuzzam, Xefer, Temeni və Axaştari. Bunlar Naaranın oğulları idi.
7Xelanın oğulları: Seret, İsxar, Etnan və Qos.
8Qosdan Anuv, Soveva və Harum oğlu Axarxelin nəsilləri törədi.
9Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu.
10Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.
11Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi.
12Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır.
13Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və
14Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı.
15Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi.
16Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel.
17Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştemoanın atası İşbah.
18Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel.

19Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştemoa törədi.
20Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet.
21Yəhudanın oğlu Şelanın nəsilləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsilləri,
22Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir.
23Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar.
24Şimeonun oğulları: Nemuel, Yamin, Yariv, Zerah və Şaul.
25Şaulun oğlu Şallum, onun oğlu Mivsam, onun oğlu Mişma.
26Mişmanın oğulları: onun oğlu Xammuel, onun oğlu Zakkur, onun oğlu Şimey.
27Şimeyin on altı oğlu və altı qızı var idi, lakin qohumlarının oğulları çox deyildi və onların bütün nəsli Yəhuda oğulları qədər çoxalmadı.
28Onlar bu yerlərdə yaşayırdı: Beer-Şeva, Molada, Xasar-Şual,
29Bilha, Esem, Tolad,
30Betuel, Xorma, Ziqlaq,
31Bet-Markavot, Xasar-Susim, Bet-Biri və Şaarayim. Davudun padşahlıq etdiyi dövrə qədər onların şəhərləri bunlardır.
32Onların qəsəbələri bunlardır: Etam, Ayin, Rimmon, Token və Aşan – cəmi beş şəhər.
33Bu şəhərlərin ətrafında Baala qədər olan bütün kəndlər də onların yaşadıqları yerlərdir. Onların nəsil şəcərəsi belədir:
34Meşovav, Yamlek, Amasya oğlu Yoşa,
35Yoel, Asiel oğlu Seraya oğlu Yoşivya oğlu Yehu,
36Elyoenay, Yaaqova, Yeşoxaya, Asaya, Adiel, Yesimiel, Benaya,

37Şemaya oğlu Şimri oğlu Yedaya oğlu Allon oğlu Şifi oğlu Ziza.
38Bu adları çəkilənlər nəsil rəhbərləri idi və onların nəsilləri artıb çoxalmışdı.
39Onlar sürüləri üçün otlaq axtarmaqdan ötrü Qedorun yaxınlığına, dərənin şərq tərəfinə qədər getdilər.
40Bol və yaxşı otlaq tapdılar, ölkə də geniş, sakit və dinc idi. Onlardan əvvəl orada Hamlılar yaşayırdı.
41Bu adları yazılanlar Yəhuda padşahı Xizqiyanın dövründə gəlib öz çadırlarında olan Hamlıları və orada olan Maonluları qırdılar. Onları tamamilə məhv edib yerlərində yaşadılar, çünki orada sürüləri üçün otlaq var idi. Bu günə qədər də belədir.
42Həmin Şimeonlulardan beş yüz nəfər Seir dağına getdi. İşinin oğulları Pelatya, Naarya, Refaya və Uzziel onlara başçılıq edirdi.
43Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır.