Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 1

Help us?
Click on verse(s) to share them!
1Adəm, Şet, Enoş,
2Qenan, Mahalalel, Yered,
3Xanok, Metuşelah, Lemek,
4Nuh, Sam, Ham və Yafəs.
5Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
6Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.
7Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.
8Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.
9Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
10Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
11Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
12Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
13Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
14həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,
15Xivlilər, Arqlılar, Sinlilər,
16Ervadlılar, Semarlılar və Xamatlılar.
17Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek.
18Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi.
19Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.
20Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,
21Hadoram, Uzal, Diqla,
22Eval, Avimael, Səba,
23Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi.
24Sam, Arpakşad, Şelah,
25Ever, Peleq, Reu,
26Seruq, Naxor, Terah,
27İbram, yəni İbrahim.
28İbrahimin oğulları: İshaq və İsmail.
29Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam,
30Mişma, Duma, Massa, Xadad, Tema,
31Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır.
32İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan.
33Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.
34İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail.
35Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah.
36Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq.
37Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.
38Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan.
39Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna.
40Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana.
41Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran.
42Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.
43İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi.
44Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu.
45Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.
46Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi.
47Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu.
48Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.
49Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.
50Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
51Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet,
52başçı Oholivama, başçı Ela, başçı Pinon,
53başçı Qenaz, başçı Teman, başçı Mivsar,
54başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır.