Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Salnamələr

Birinci Salnamələr 24

Help us?
Click on verse(s) to share them!
1Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
2Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.
3Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı.
4Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.
5Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.
6Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
7Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya,
8üçüncüsü Xarimə, dördüncüsü Seorimə,
9beşincisi Malkiyaya, altıncısı Miyaminə,
10yeddincisi Haqqosa, səkkizincisi Aviyaya,
11doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya,
12on birincisi Elyaşivə, on ikincisi Yaqimə,
13on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya,
14on beşincisi Bilqaya, on altıncısı İmmerə,
15on yeddincisi Xezirə, on səkkizincisi Happissesə,
16on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə,
17iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula,
18iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı.

19İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
20Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya.
21Rexavyanın nəslindən ilk oğlu İşşiya.
22İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.
23Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam.
24Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir.
25Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə.
26Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya.
27Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri.
28Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi.
29Qişin nəslindən Yeraxmeel.
30Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir.
31Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.