Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 127

Zəbur 127:1-5

Help us?
Click on verse(s) to share them!
1Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
2Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
3Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
4İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
5Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.

Read Zəbur 127Zəbur 127
Compare Zəbur 127:1-5Zəbur 127:1-5