1Davudun ziyarət nəğməsi. Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.
2Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum.
3Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir.
4İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər.