1Ziyarət nəğməsi. Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm.
2Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə.
3Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
4Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
5Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.