Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 97

Zəbur 97:1-9

Help us?
Click on verse(s) to share them!
1Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
2Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir.
3Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar.
4Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar.
5Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
6Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.
7Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin!
8Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.
9Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!

Read Zəbur 97Zəbur 97
Compare Zəbur 97:1-9Zəbur 97:1-9