Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 52

Zəbur 52:1-7

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
2Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
3Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela
4Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
5Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. Sela
6Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
7«Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».

Read Zəbur 52Zəbur 52
Compare Zəbur 52:1-7Zəbur 52:1-7