Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 58

Zəbur 58:5-11

Help us?
Click on verse(s) to share them!
5Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.
6Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
7Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.
8İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
9Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
10Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq.
11İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»

Read Zəbur 58Zəbur 58
Compare Zəbur 58:5-11Zəbur 58:5-11