11Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı.
12Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
13Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm.
14Dilsiz-cavabsız Bir lal-kar kimiyəm.
15Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
18Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
19Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
21Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma!