Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 33

Zəbur 33:1-12

Help us?
Click on verse(s) to share them!
1Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
2Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
3Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
4Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
5Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
6Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
7Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
8Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
9Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
10Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
11Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
12Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.

Read Zəbur 33Zəbur 33
Compare Zəbur 33:1-12Zəbur 33:1-12