Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yunus

Yunus 2

Help us?
Click on verse(s) to share them!
1Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:
2«Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin.
3Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi.
4Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
5Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı.
6Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.
7Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı.
8Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər.
9Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!»
10Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.