Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 83

Zəbur 83:1-11

Help us?
Click on verse(s) to share them!
1Bir ilahi. Asəfin məzmuru. Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma!
2Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
3Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
4Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:
6Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,
7Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi.
8Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. Sela
9Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.
11Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.

Read Zəbur 83Zəbur 83
Compare Zəbur 83:1-11Zəbur 83:1-11