Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 60

Zəbur 60:1-9

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı. Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə. Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar.
2Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb.
3Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən.
4Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
5Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
6Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
7Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
8Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
9Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər?

Read Zəbur 60Zəbur 60
Compare Zəbur 60:1-9Zəbur 60:1-9