Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 46

Zəbur 46:3-11

Help us?
Click on verse(s) to share them!
3Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. Sela
4Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
5Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər.
6Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər.
7Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela
8Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi.
9O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar.
10«Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!»
11Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela

Read Zəbur 46Zəbur 46
Compare Zəbur 46:3-11Zəbur 46:3-11